Taksilərlə bağlı yayılan xəbərlərə - AYNA-dan cavab


Baş nazir tərəfindən qeyri-müntəzəm sərnişin daşımalarında istifadə edilən avtonəqliyyat vasitələri ilə bağlı imzalanan Sərəncam bəzi media orqanları tərəfindən taksi sahəsinə də aid edilib.

Turkustan.az xəbər verir ki, AYNA yayılan məlumatlara aydınlıq gətirilib.

“Nazirlər Kabineti tərəfindən 7 aprel tarixində verilən 210 nömrəli Sərəncama və ondan irəli gələn məsələlərə dair bildiririk ki, sərəncam yalnız sifarişli qeyri-müntəzəm sərnişindaşımalar sahəsinə aiddir. Taksi sahəsini əhatə etmir.

Məlumat üçün bildiririk ki, Sərəncamda da göründüyü kimi 2 ay müddətində Nazirlər Kabinetinə veriləcək təkliflər məhz qeyri-müntəzəm sərnişindaşıma ilə bağlıdır və bununla əlaqədar texniki göstəricilər, daxili və xarici tərtibata dair tələblərin müəyyən edilməsini nəzərdə tutur.

Xatırladaq ki, sifarişli sərnişindaşımaya misal olaraq turist və ya rayonlararası sifarişli daşıma həyata keçirən avtobusları, mikroavtobusları və minik avtomobilləri, korporativ servis xidmətlərini və özəl tədbirlər üçün kirayələnən nəqliyyat vasitələrini göstərmək olar (bu yanaşma yükdaşıma fəaliyyətinə də şamil edilir)”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, mediada Baş nazir tərəfindən imzalanan yeni Sərəncamın taksilərə də şamil ediləcəyi barədə məlumatlar yayılıb. Bildirilib ki, nəqliyyat vasitələrinin texniki göstəricilərinə və ümumi tərtibatına dair tələblər yenidən nəzərdən keçiriləcək. Bu qərarların taksi qiymətlərinə təsiri də müzakirə edilib. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ