ABŞ prezidenti Donald Tramp İranla aparılan danışıqlarla bağlı sərt açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Tramp “New York Post” qəzetinə müsahibəsində bildirib ki, ABŞ mümkün hərbi ssenarilərə də hazırdır: “Biz gəmiləri ən yaxşı sursat və silahlarla doldururuq. Əgər razılaşma olmazsa, onlardan istifadə edəcəyik və bunu effektiv şəkildə edəcəyik”.
O, İranın mövqeyinə də şübhə ilə yanaşdığını vurğulayıb: “Biz doğruluğunu bilmədiyimiz insanlarla işləyirik. Onlar bizə bütün nüvə silahlarından imtina edəcəklərini deyirlər, amma sonra mediaya uranı zənginləşdirmək istədiklərini bildirirlər”.
Tramp daha sonra Truth Social platformasında paylaşım edərək İranı beynəlxalq su yollarından təzyiq vasitəsi kimi istifadə etməkdə ittiham edib. O qeyd edib ki, İranın hazırda mövcudluğunu qorumasının əsas səbəbi danışıqlar aparmasıdır.
Aytən Yaşar/ Turkustan.az