Müctəba Xamenei atasının öldürülməsindən danışdı – İlk dəfə


İranın Ali Rəhbəri Müctəba Xameneinin son paylaşımları diqqət çəkib.

Turkustan.az xəbər verir ki, o, atasının qisasını alacağını bildirib.

“Əziz xalq böyük liderinin şəhadəti üçün rəsmi matəm dövrünün bitməsi ilə matəm paltarlarını çıxarsa da, şəxsən onun, habelə İkinci və Üçüncü Məcburi müharibələrin bütün şəhidlərinin qanının qisasını almaq əzmini ruhunda və qəlbində yaşadacaq, bunun gerçəkləşməsi üçün daim səy göstərəcək”, – deyə Müctəba Xamenei qeyd edib.

İranın Ali Rəhbəri həmçinin bildirib ki, ölkəsi heç vaxt müharibə istəməyib:

“Amma heç bir şəkildə qanuni hüquqlarımızdan imtina etməyəcəyik. Bütün imkanlarımızla düşmən üzərində həm danışıqlarda, həm də döyüş meydanında qəti qələbə əldə olunacağına ümid edirik”.

Qeyd edək ki, Əli Xamenei, bir neçə ailə üzvü və silahlı qüvvələrin yüksək rütbəli komandirləri ilə birgə fevralın 28-də ABŞ və İsrail ordularının hava hücumları nəticəsində ölüb./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ