ABŞ Dövlət Departamenti İsrail və Livan nümayəndə heyətləri arasında birbaşa danışıqların gələn həftə Vaşinqtonda keçiriləcəyini təsdiqləyib.
Turkustan.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmiləri Anadolu Agentliyinə verdiyi yazılı açıqlamada iki ölkə arasında atəşkəs danışıqları ilə bağlı birbaşa danışıqların gələn həftə Vaşinqtonda keçiriləcəyini açıqlayıblar.
ABŞ mediasında yer alan xəbərlərə görə, ABŞ nümayəndə heyətinə Livan səfiri Mişel İssa, İsraili Vaşinqton səfiri Yeçiel Leiter, Livanı isə səfir Nada Hamadeh-Moavad təmsil edəcək.
Aytən Yaşar/ Turkustan.az