“Tramp Marşrutu”nda üçüncü tərəfdaşlara ehtiyacımız olacaq”


“Tramp Marşrutu”nda üçüncü tərəfdaşlara ehtiyacımız olacaq”.

Turkustan.az xəbər verir ki, bunu Ermnistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

O bildirib ki, dünyada və regionda gedən o qədər də əlverişli olmayan proseslərə baxmayaraq, Ermənistan və ABŞ arasında TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində ikitərəfli işlər davam edir:

“Hazırda sənədləşmə, mahiyyət etibarilə dövlətlərarası müqavilənin razılaşdırılması mərhələsindəyik. Ümid edirik ki, mümkün qədər tez növbəti - tikinti mərhələsinə keçəcəyik, məhz burada üçüncü tərəfdaşlara ehtiyacımız olacaq. Əlbəttə, müqavilə ikitərəfli olacaq, razılaşma və layihə Ermənistanla ABŞ arasında olacaq, amma tikinti mərhələsində, eləcə də sistemlərin idarə olunması mərhələsində tərəfdaşlara ehtiyac yaranacaq”.

Mirzoyan qeyd edib ki, layihə ikitərəfli olsa da, Çindən tutmuş Portuqaliyaya qədər bir çox ölkələrin maraqlarına uyğundur./teleqraf.com


MANŞET XƏBƏRLƏRİ