Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib - Həkim


İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei vəziyyətə nəzarət edir və atəşkəslə bağlı qərarı şəxsən özü verib.

Turkustan.az xəbər verir ki, bu barədə İranın Ali Rəhbərinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Həkim TASS-a açıqlamasında deyib.

“Ali rəhbərdə hər şey qaydasındadır, hər şey onun nəzarəti altındadır. O, ofisinə gəlir, rəsmilərlə - prezident və parlament üzvləri ilə görüşlər keçirir. Atəşkəslə bağlı qərar ona məxsusdur”, - nümayəndə bildirib.

Qeyd edək ki, bundan əvvəl Qərb mətbuatında Müctəba Xameneinin ağır yaralandığı və komada olduğu barədə xəbərlər yayılıb. /axar.az/


MANŞET XƏBƏRLƏRİ