ABŞ Prezidenti Donald Tramp əmin edib ki, Fransanın birinci xanımı Bricit Makron qadındır.
Turkustan.az xəbər verir ki, Tramp ABŞ-ın İranla bağlı xarici siyasəti ətrafında yaranan fikir ayrılıqları fonunda konservativ mediada olan keçmiş müttəfiqlərinə qarşı kəskin və emosional çıxış edib. Onların arasında Taker Karlson, Kendis Ouens, Meqin Kelli və Aleks Cons da var.
“Onlar axmaq insanlardır, bunu özləri də bilirlər, ailələri də bilir və hamı bunu bilir!”, deyə Tramp Truth Social platformasında yazıb.
O, ayrıca olaraq Kendis Ouensin açıqlamalarına toxunub. Ouens daha əvvəl Fransa prezidentinin həyat yoldaşı Bricit Makron haqqında mübahisəli iddialar yaymışdı. Xüsusilə, o, Bricitin əslində kişi olduğunu və cinsiyyət dəyişdirmə əməliyyatı etdirdiyini iddia edən nəzəriyyələri səsləndirmişdi. Bu nəzəriyyələr təkzib olunub və məhkəmə araşdırmasının mövzusuna çevrilib.
“Dəli Kendis Ouens iddia edir ki, Fransanın yüksək hörmətə layiq birinci xanımı kişidir, halbuki bu belə deyil. Ümid edirəm ki, Bricit Makron hazırkı məhkəmə prosesində çoxlu pul qazanacaq. Ümumiyyətlə, mənim fikrimcə, Fransanın birinci xanımı Kendisə nisbətən daha gözəl qadındır, əslində müqayisə belə oluna bilməz!”/modern.az