ABŞ və İsrailə məxsus və ya onlarla əlaqəli olan hər hansı bir neft tankerinin Hörmüz boğazından keçməsi əbədi olaraq qadağan ediləcək.
Turkustan.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri İbrahim Əzizi deyib.
“Mənşəyi və təyinat yeri İsrail olan bütün gəmilərin keçidi də qadağandır”, - o əlavə edib.
Əzizi bu qadağanın İranın proksi qüvvələrinə qarşı tədbir görən ölkələri də əhatə edəcəyini bildirib./axar.az