ABŞ–İsrail–İran münaqişəsinin 42-ci günündə atəşkəs kövrək olaraq qalır.
Turkustan.az xəbər verir ki, Körfəzdəki kritik nöqtələrə raket hücumları barədə məlumatlar yayılsa da, İran rəhbərliyindən Türkiyə ilə bağlı diqqətçəkən açıqlama verilib.
İran Prezident Aparatının yaydığı yazılı məlumata görə, dünən İran Prezidenti Masoud Pezeşkian ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Söhbət zamanı liderlər müharibənin dayandırılması üçün mümkün həll yollarını müzakirə ediblər.
Pezeşkian İrana qarşı hərbi təcavüzün qarşısının alınması istiqamətində göstərilən səylərə görə bəzi dost və qonşu ölkələrə təşəkkür edib. O bildirib: “Türkiyənin İrana qarşı qəddar hücumları pisləyən mövqeyini və xüsusilə türk xalqının İranla nümayiş etdirdiyi həmrəyliyi yüksək qiymətləndiririk”.
Aytən Yaşar/ Turkustan.az