Trampla NATO rəhbəri arasında gərgin anlar: “Niyə kömək etmədiniz?”


ABŞ prezidenti Donald Trumpın Ağ Evdə NATO baş katibi Mark Rutte ilə görüşünün gərgin keçdiyi iddia olunur.

Turkustan.az Politico-ya istinadən xəbər verir ki, Tramp NATO ölkələrinin ABŞ və İsrailin İrana hücumları ilə başlayan münaqişədə kənarda qalmasına görə narazılığını bildirib.

Məlumata görə, Tramp müttəfiqlərin bu mövqeyinə görə gələcəkdə cavab addımları ata biləcəklərini də deyib. NATO isə görüşün gərgin keçdiyi barədə iddiaları təkzib edib.


MANŞET XƏBƏRLƏRİ