Bəzi Qərb media orqanlarında İranın danışıqlar qrupunun Pakistanın paytaxtı İslamabada daxil olduğu barədə iddialar təkzib edilib.
Turkustan.az xəbər verir ki, Fars Xəbər Agentliyi məsələ ilə bağlı adı açıqlanmayan İran mənbəsinə istinadən açıqlama yayıb. Mənbə bildirib ki, İranın Pakistan rəsmilərinə təqdim etdiyi rəsmi məlumata görə, “Livanda atəşkəs əldə olunana qədər İslamabadda ABŞ tərəfi ilə sülh danışıqlarında iştirak planlaşdırılmır”.
Bundan əvvəl “The Wall Street Journal” qəzeti İran nümayəndə heyətinin Vaşinqtonla danışıqlara başlamaq üçün İslamabada gəldiyini iddia etmişdi.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi isə qeyd edib ki, ABŞ ilə İsrail və İran arasında müharibənin dayandırılması istiqamətində danışıqlar ABŞ-ın bütün cəbhələrdə, xüsusilə Livanda atəşkəslə bağlı öhdəliklərinə əməl etməsindən asılıdır.
Aytən Yaşar/ Turkustan.az