Redaktor.az-ın 7 yaşı tamam oldu


Bu gün Redaktor.az xəbər portalının fəaliyyətə başlamasının 7 ili tamam olur.

Redaktor.az portalı 2019-cu il aprelin 10-da yaradılıb və qısa müddət ərzində Azərbaycanda özünü ciddi və etibarlı xəbər mənbəyi kimi təsdiqləyib.

Portal ölkəmizin ictimai, siyasi, sosial və mədəni həyatında baş verən yenilikləri, eləcə də dünyada cərəyan edən hadisələri operativ şəkildə oxuculara çatdırır. Saytda eyni zamanda araşdırma, təhlil, müsahibə və digər janrlarda materiallar təqdim olunur.

Redaktor.az-ın əsas prinsiplərindən biri hadisələrə qərəzsiz, obyektiv və bitərəf yanaşmaqdır. Bu yanaşma oxucular tərəfindən yüksək qiymətləndirilir.

Portalın təsisçisi Seymur Şeydayev, baş redaktoru isə Aqil Aslandır.


MANŞET XƏBƏRLƏRİ