Dağıstanda dəhşətli daşqınlar: binalar su altında... - VİDEO


Dağıstanda müşahidə olunan intensiv yağışlar irimiqyaslı daşqınlara səbəb olub.

Turkustan.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, respublikada 1339 yaşayış binası və 90 magistral yol su altında qalıb.

Bildirilib ki, 16 müvəqqəti sığınacaq mərkəzinə 246-sı uşaq olmaqla, 591 nəfər yerləşdirilib.

Təcili yardım xidmətləri, axtarış-xilasetmə briqadalarının gecə-gündüz işlədiyi bildirilir. /axar.az/


MANŞET XƏBƏRLƏRİ