ABŞ prezidenti Donald Trump bildirib ki, Livanda hərbi əməliyyatların dayandırılması ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşmasının şərtlərinə daxil edilməyib.
Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, Hizbullah ilə İsrail arasında qarşıdurma ayrıca münaqişə hesab olunur.
“Atəşkəs ‘Hizbullah’a görə razılaşmaya daxil edilməyib. Bu məsələ ilə də məşğul olacağıq. Hələlik hər şey qaydasındadır”, – Tramp vurğulayıb.
Trampdan dünən “İranın məhv ediləcəyi” haqda fikir səsləndirməsinə görə peşman olub-olmadığı da soruşulub. Ancaq o, suala cavab verməkdən boyun qaçırıb. /Globalinfo.az/