ABŞ-İran müharibəsinin əsl qalibi odur - Medvedevdən gözlənilməz açıqlama


Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ ilə İran arasında yaranmış gərginlik fonunda münaqişənin müvəqqəti olaraq dondurulmasının mümkün çıxış yolu ola biləcəyini bildirib.

Turkustan.az-ın xəbərinə görə, Medvedev özünün Teleqram kanalında yazıb ki, ABŞ və İran arasındakı qarşıdurma hazırda dayandırılıb və hər iki tərəf bunu öz qələbəsi kimi təqdim edir.

Onun sözlərinə görə, əsl qalib isə “sağlam düşüncədir”.

O, qeyd edib ki, ABŞ prezidenti Donald Trampın İranın 10 bəndlik planını müzakirə etməyə razılaşması Tehranın uğuru kimi qiymətləndirilə bilər. Bununla belə, həmin planın Vaşinqton tərəfindən qəbul olunmasının real görünmədiyini vurğulayıb.

Onun fikrincə, Tramp uzunmüddətli müharibə aparmaq istəmir və ABŞ Konqresi də bunu dəstəkləməyə bilər.

Medvedev həmçinin vəziyyəti “şahmat oyunu” ilə müqayisə edərək bildirib ki, burada iki yox, üç tərəf var. Onun sözlərinə görə, İsrail mövcud atəşkəslə maraqlı deyil və öz hədəflərinə çatmayıb, bu isə regionda vəziyyəti daha da qeyri-müəyyən edir.

Sonda o, əlavə edib ki, yaranmış vəziyyət Avropa ölkələrinə də təsirsiz ötüşməyəcək və onlar uzun müddət sərt iqtisadi qənaət rejimində yaşamalı olacaqlar, çünki ucuz neft dövrü geri qayıtmayacaq. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ