Ərdoğandan atəşkəsə reaksiya: Çox məmnunuq!


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ, İsrail və İran arasında 40 günlük münaqişədən sonra elan edilən atəşkəsi alqışlayıb.

Turkustan.az xəbər verir ki, Ərdoğan sosial media hesabında paylaşım edərək bildirib ki, bölgəni döyüş meydanına çevirən müharibədə dünən gecə elan edilən atəşkəsdən məmnundur və ümid edir ki, bu razılaşma təxribatlara və sabotajlara imkan vermədən tam şəkildə tətbiq olunacaq.

Prezident həmçinin atəşkəs prosesində əməyi olan ölkələrə, xüsusən dost və qardaş Pakistanı təbrik edib. O, bölgənin sülh, sabitlik və əmin-amanlığa qovuşmasını arzulayaraq Türkiyənin dünyada sülh üçün səsini ucaltmağa davam edəcəyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ