Xalq şairi Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görülüb


Aprelin 8-də Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, “Turan Balabilgə Akademiyası”nın prezidenti Şəmil Sadiq Xalq şairi, ictimai xadim Sabir Rüstəmxanlı ilə görüş keçirib.

Görüş zamanı Şəmil Sadiq Sabir Rüstəmxanlının ölkəmizin, eləcə də türk dünyasının ictimai-siyasi, ədəbi-mədəni həyatındakı səmərəli fəaliyyəti və xidmətlərindən söz açıb.

Şəmil Sadiq qeyd edib ki, Sabir Rüstəmxanlı uzun illərdir türk dünyasının mənəvi birliyinin möhkəmlənməsi, ortaq dəyərlərin qorunması və təbliği istiqamətində ardıcıl fəaliyyət göstərən görkəmli ziyalılardandır. O, həm yaradıcılığı, həm də ictimai fəaliyyəti ilə türk xalqları arasında mədəni və ideoloji bağların güclənməsinə mühüm töhfələr verib.

O, Naxçıvanın təbii daş duzundan hazırlanmış, üzərində Orxon-Yenisey əlifbası həkk edilmiş Turan Balabilgə Akademiyasının ilk mükafatı – “Turan bilgəsi” Sabir Rüstəmxanlıya təqdim edib.

Eyni zamanda bildirilib ki, Sabir Rüstəmxanlı “Turan Balabilgə Akademiyası”nın fəxri üzvü seçilib.

Xalq şairi Sabir Rüstəmxanlı təqdim olunan mükafata və göstərilən diqqətə görə təşəkkürünü bildirib. O, Turan Balabilgə Akademiyasının yaradılmasını Türk dünyasının ortaq dəyərlərinin, tarixinin və mədəni irsinin öyrənilməsi və təbliği baxımından mühüm təşəbbüs kimi qiymətləndirib.

Sabir Rüstəmxanlı qeyd edib ki, bu kimi təşəbbüslər Türk dünyasının elmi, mədəni və mənəvi bağlarının möhkəmlənməsinə xidmət edir. Xalq şairi Turan Balabilgə Akademiyasının gələcək fəaliyyətinə uğurlar arzulayıb, akademiyanın türk xalqlarının ortaq düşüncə və bilik məkanının formalaşmasına töhfə verəcəyinə inandığını vurğulayıb.

Eyni zamanda, Sabir Rüstəmxanlı Hədəf Liseylərinin fəaliyyətini yüksək qiymətləndirərək, bu təhsil ocaqlarının gənc nəslin milli ruhda, savadlı və dünyagörüşlü yetişməsində mühüm rol oynadığını bildirib.

Xalq şairi göstərilən diqqətə və təqdim olunan mükafata görə Turan Balabilgə Akademiyasına, Hədəf Şirkətlər Qrupuna və layihənin təşəbbüskarlarına minnətdarlığını ifadə edib.

Qeyd edək ki, “Turan Balabilgə Akademiyası” ötən il dekabrın 5-də Bakıda təsis olunub. Birinci Türkoloji qurultayın 100 illiyi ərəfəsində keçirilən təsis tədbirində türk dövlətlərindən görkəmli ziyalılar, elm və ictimaiyyət nümayəndələri, deputatlar və digər fəxri qonaqlar iştirak ediblər. Təsis iclasına Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Makedoniya və Moldovadan olan nümayəndələr qatılıblar.

Hüquqi şəxs statusuna malik olmayan akademiyanın fəaliyyətinə təşkilati və metodiki dəstək Hədəf Liseyi tərəfindən təmin olunur. Hazırda akademiya 6 bölmə üzrə fəaliyyət göstərir. Akademiyada təlimlər keçirilir və araşdırmalar aparılır.

Bir ‎bunu deyən yazı "‎A EDEF EDEFBROUP i ال ح ROUP KURSARI KURSLARI‎"‎ şəkili ola bilər


MANŞET XƏBƏRLƏRİ