“İran atəşkəs üçün yalvarırdı”.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp tarixi qərar qəbul edib və ölkə həlledici hərbi üstünlük əldə edib. Heqset bildirib ki, Trampın İran iqtisadiyyatını qısa müddətdə tamamilə çökdürmək imkanı olsa da, o, daha yumşaq yanaşmanı seçib.
Onun sözlərinə görə, hərbi əməliyyatlar döyüş meydanında tarixi bir zəfər idi.
“İran ordusunu məhv etdik”, - nazir qeyd edib.
Heqset vurğulayıb ki, 40 gündən az müddətdə Mərkəzi Komandanlıq - ABŞ hərbi potensialının 10 faizdən aşağı hissəsindən istifadə edərək dünyanın ən böyük ordularından birini məhv edib:
“Bütün məqsədlərə çatdıq. İranın donanması dənizin dibindədir, Hərbi Hava Qüvvələri, Havadan Müdafiə sistemləri, raket proqramı, raket qurğuları, istehsal müəssisələri məhv edilib”.
Bizim.Media