İsrail İranla atəşkəs elan etsə də, Livanın bu razılaşmaya daxil olmadığını bildirərək hücumlarını davam etdirib.
Turkustan.az xəbər verir ki, İsrail ordusu Livanın paytaxtı Beyrutun mərkəzi və sıx məskunlaşmış ərazilərinə zərbələr endirib. Şəhərdə ardıcıl partlayış səsləri eşidilib, hücumların hədəf aldığı bölgələrdən tüstü qalxdığı bildirilib. Zərbələrdən əvvəl mülki əhali üçün hər hansı xəbərdarlıq edilməyib.
İsrail ordusu qısa müddət ərzində bir neçə istiqamətdə eyni vaxtda genişmiqyaslı hücumlar həyata keçirdiyini açıqlayıb. Rəsmi açıqlamada zərbələrin Hizbullahın “komanda mərkəzləri və hərbi obyektləri”nə yönəldiyi iddia olunub. Hücumların Beyrutla yanaşı Bekaa vadisi və Livanın cənub bölgələrini də əhatə etdiyi bildirilib.
İlkin məlumatlara əsasən, hücumlar nəticəsində yüzlərlə insan həyatını itirib, çox sayda yaralı var.
Aytən Yaşar/ Turkustan.az