Trampdan sərt mesaj: İran ya razılaşacaq, ya da bu müharibə...


ABŞ Prezidenti Donald Tramp İranla davam edən müharibə ilə bağlı açıqlamasında bildirib ki, mövcud vəziyyət tezliklə başa çata bilər.

Turkustan.az xəbər verir ki, o qeyd edib ki, İranın sahib olduqlarını yenidən qurması uzun illər çəkə bilər, lakin əsas məqsəd münaqişəni sonlandırmaqdır. Tramp vurğulayıb ki, İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək və bu məsələdə qəti mövqe sərgilənir.

Prezident əlavə edib ki, əgər İran üzərinə düşən addımları atarsa, vəziyyət qısa müddətdə sabitləşə bilər. Onun sözlərinə görə, hazırda ölkədə əvvəlki mərhələlərlə müqayisədə daha rasional yanaşan şəxslər mövcuddur.

Tramp həmçinin bildirib ki, İran atəşkəs istəmək məcburiyyətində qalıb və bunun səbəbi ölkənin ciddi zərər görməsi ilə bağlıdır. O qeyd edib ki, ABŞ tərəfindən Tehrana bir neçə imkan təqdim edilsə də, İran bu fürsətlərdən istifadə etməyib.

Xilas edilən pilotların vəziyyətinə də toxunan Tramp onların sağlam olduqlarını bildirib. O, əlavə edib ki, ABŞ cəmiyyətində hərbçilərin ölkəyə qayıtması ilə bağlı gözləntilər də nəzərə alınır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ