Vaşinqtonun regiondakı fəaliyyəti ilə bağlı diqqətçəkən açıqlama səsləndi.
Turkustan.az xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində İranla bağlı qalmaqallı etiraf edib.
Teleaparıcı Trey İnqstun sözlərinə görə, Tramp ABŞ-ın İranda hakimiyyətə qarşı çıxan etirazçılara silah göndərdiyini təsdiqləyib: “Biz etirazçılara silah göndərdik, onların çoxuna”.
Məlumata görə, Tramp bu ifadə ilə həm İrandakı etirazçıları, həm də bölgədə fəaliyyət göstərən qüvvələri nəzərdə tutub.
ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton eyni zamanda İraq kürdlərinə də silah ötürüb:
“Məncə, kürdlər silahları götürdü”.
Bu açıqlama ABŞ-ın regiondakı proseslərə birbaşa müdaxiləsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. /Musavat.com/