İran Trampın təhdidinə cavab olaraq meydan oxudu


İranla müharibə 34-cü gününə qədəm qoyarkən, ABŞ Prezidenti Donald Tramp televiziya vasitəsilə xalqa müraciət edib.

Turkustan.az xəbər verir ki, Tramp İranla müharibədə 13 ABŞ əsgərinin öldüyünü bildirib və əlavə edib:

"Qısa müddətdə Amerikanın bütün hərbi hədəflərini tamamlayacağıq. Növbəti 2–3 həftə ərzində onlara güclü zərbələr endirərək Daş dövrünə qaytaracağıq. Hələ neft infrastrukturuna zərbə endirməmişik, amma bunu edə bilərik. Onların radar sistemləri məhv edilib."

Trampın açıqlamasından sonra İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya vahid komandanlıq mərkəzinin sözçüsü İbrahim Zülfiqari bildirib ki, Tehran hərbi əməliyyatları davam etdirəcək və qarşı tərəf "davamlı peşmançılıq və təslimiyyətlə" üzləşəcək.

Zülfiqari ABŞ və İsrailin İranın hərbi imkanlarına dair qiymətləndirmələrini "natamam" adlandırıb və gələcək əməliyyatların daha intensiv və effektiv şəkildə davam edəcəyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ