Polşa Baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosiniak-Kamış Yaxın Şərqdə pisləşən təhlükəsizlik vəziyyəti səbəbindən İraqdakı Polşa əsgərlərinin təxliyə edildiyini açıqladı.
Turkustan.az xəbər verir ki, Kosiniak-Kamış ABŞ-da yerləşən X şirkətinin sosial media paylaşımında bildirib ki, əməliyyat şəraiti və potensial təhdidlərin təhlilindən sonra Yaxın Şərqdə pisləşən təhlükəsizlik vəziyyəti səbəbindən Polşa Hərbi Kontingentinin İraqdan yenidən yerləşdirilməsi qərarı verilib.
Kosiniak-Kamış bütün Polşa əsgərlərinin İraqdan təxliyə edildiyini qeyd edərək, prosesin NATO müttəfiqləri ilə əlaqələndirilərək həyata keçirildiyini vurğuladı.
Aytən Yaşar/ Turkustan.az