İranın lideri Müctəba Xamenei Türkiyə və Omana edilən hücumların İran tərəfindən həyata keçirilmədiyini bildirib.
Turkustan.az xəbər verir ki, Xameneyi Ramazan və Novruz bayramı münasibətilə bir mesaj yayıb.
Xamenei bildirib ki, "Bu, sionist düşmənin İran İslam Respublikası ilə qonşuları arasında bölünmə yaratmaq üçün istifadə etdiyi saxta bayraq taktikasıdır və bu, bəzi digər ölkələrdə də baş verə bilər".
Xamenei qonşu dövlətlərlə münasibətlərin möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
O, həmçinin Pakistan və Əfqanıstan arasında münasibətlərin daha da yaxşılaşacağına ümid etdiyini bildirib.
İran lideri ölkə mediasını qarşı tərəfin “psixoloji təzyiq cəhdləri”nə xidmət edə biləcək fəaliyyətlərdən çəkinməyə çağırıb və həssas məsələlərin qabardılmamasının vacibliyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az