İran İnqilab Keşikçiləri Korpusunun “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü, polkovnik İbrahim Zülfiqari ABŞ-la bağlı sərt açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, İran mediasının məlumatına görə, Zülfiqari bildirib ki, İran hərbi qüvvələri ABŞ hərbi gəmilərinə qarşı əməliyyatlara hazırdır. O qeyd edib ki, ABŞ-ın təyyarədaşıyan gəmisi qəfil geri çəkilib və bunu “kağız pələng” kimi qiymətləndirib.
Polkovnik əlavə edib ki, İran əsgərləri ABŞ dəniz piyadalarına “dəniz möcüzələrini” göstərməyə hazırdır.
Zülfiqari həmçinin “Əsl Vəd 4” əməliyyatının 67-ci dalğası barədə danışaraq bildirib ki, bu mərhələdə Küveytdə yerləşən Əli əl-Salim hava bazası, təyyarələrin texniki xidmət anqarları, helikopter avadanlıqları sahələri və radar mərkəzləri hədəf alınıb.
Aytən Yaşar/ Turkustan.az