Paşinyan: Ölkəmizin təhlükəsizliyinə ciddi təhdiddir


Ermənistanın Baş naziri Paşinyan ölkəsindəki siyasi vəziyyət və milli təhlükəsizliklə bağlı açıqlamalar verərək xalqa müraciət edib.

Turkustan.az xəbər verir ki, Paşinyan Robert Köçəryan, Karen Karapetyan və Qaqik Tsarukyan kimi şəxslərin rəhbərlik etdiyi siyasi qüvvələrin Ermənistanla Azərbaycan arasında əldə edilən sülhü şübhə altına aldığını və yenidən nəzərdən keçirdiyini bildirib və əlavə edib ki, "bu qüvvələr təkcə müharibəyə qapı açmır, həm də münaqişəni qaçılmaz edir".

Paşinyan bu vəziyyətin tarixi bir dönüş nöqtəsi olduğunu vurğulayaraq bildirib ki, "Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub və biz bu sülhü qurduq. Bəzi qüvvələr müharibə qapısını yenidən açmağa çalışırlar, biz isə onu möhkəm bağlamışıq və bu, ölkəmizin təhlükəsizliyinə ciddi təhdid yaradır".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ