ABŞ, İsrail və İran arasındakı müharibə 12-ci gününə qədəm qoydu.
Turkustan.az xəbər verir ki, bölgədə gərginlik artdıqca, hər iki tərəfdən müharibədəki inkişaflarla bağlı açıqlamalar verilməyə davam edir.
İran dövlət televiziyası İnqilab Keşikçiləri Korpusunun 30 nömrəli yazılı bəyanatını yayımladı. Bəyanatda deyilir: "Tel-Əvivin cənubundakı peyk rabitə mərkəzini, Qərbi Qüds və Hayfadakı hərbi mərkəzləri, Ərbildəki ABŞ hədəflərini və bölgədəki 5-ci Dəniz Donanmasını ikinci dəfə hədəf alan 37-ci əməliyyat hücumların başlanğıcından bəri ən ağır və ən gərgin əməliyyat idi".
İki tonluq ballistik döyüş başlığı ilə təchiz olunmuş Xürrəmşəhr raketinin istifadə edildiyi bildirilən əməliyyat üç saatdan çox davam edib.
İran İnqilab Keşikçiləri Korpusu Bəhreyn, Qətər, Küveyt və İraqdakı ABŞ bazalarına hücum etdiyini və bu ölkələrdəki əməliyyat infrastrukturunu məhv etdiyini iddia etdi.
İran dövlət televiziyası "Əsl Vəd-4" əməliyyatının 36-cı dalğası ilə bağlı açıqlama yayımlayıb. Bəyanatda deyilir: "Əsl Vəd-4" əməliyyatının 36-cı dalğasında ABŞ ordusunun əməliyyat infrastrukturu "Qədr", "Xeybərşiken" və "Əməd" raketləri ilə məhv edilib".
Əməliyyatın ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci Donanmasını, Qətərdəki Əl-Udeyd Bazasını, Küveytdəki Əl-Udeyri Bazasını və İraqın şimalındakı Əl-Hərir Bazasını hədəf aldığı bildirilir.
İranın İsrailə qarşı qisas əməliyyatlarında istifadə etdiyi sursatlara diqqət çəkilən bəyanatda, ABŞ-İsrail hücumlarının başlamasından bəri İran tərəfindən atılan raketlərin təxminən yarısının çoxbaşlı raketlər olduğu qeyd edilib. Bəyanatda həmçinin İranın qisas əməliyyatlarında 12 nəfərin öldüyü, 7-sinin ağır olmaqla 200 nəfərin yaralandığı bildirilib.
Aytən Yaşar/ Turkustan.az