ABŞ-dən demokrat senator Riçard Blumenthal İranla bağlı keçirilən qapalı brifinqi böyük narazılıqla tərk etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Blumenthal ABŞ Konqresində İranla bağlı keçirilən qapalı brifinqdə iştirak etdikdən sonra jurnalistlərə açıqlama verib.
Senatda 15 illik fəaliyyəti ərzində ilk dəfə bir brifinqdən bu qədər narazı və suallarla dolu şəkildə ayrıldığını bildirən senator əlavə edib ki, Donald Tramp administrasiyasının Amerika xalqına izah etməli olduğu çox məqam var.
Blumenthal ABŞ qoşunlarının İrana göndərilməsi ehtimalına toxunaraq deyib:
“Görünür, müəyyən məqsədlərə çatmaq üçün ABŞ qoşunlarının İranda yerləşdirilməsi istiqamətində addımlar atılır.”
Aytən Yaşar/ Turkustan.az