ŞOK İDDİA: ABŞ İsrailin İranın neft anbarlarına hücumlarından narahatdır


ABŞ administrasiyasının İsrailin İranın neft anbarlarına həyata keçirdiyi hava hücumlarının miqyasından narahat olduğu bildirilir.

Turkustan.az xəbər verir ki, Axios xəbər saytının məsələ ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, İsrailin İranın neft anbarlarına hücumları “Vaşinqtonun gözləntilərini aşıb”.

Mənbələrin sözlərinə görə, İsrail əməliyyatdan əvvəl ABŞ-ı məlumatlandırsa da, hücumların miqyası iki müttəfiq arasında fikir ayrılıqlarına səbəb olub.

ABŞ rəsmisi bildirib ki, “bu addımların yaxşı fikir olduğunu düşünmürdük”. O əlavə edib ki, müharibə ilə bağlı fikir ayrılıqları və ABŞ-ın gözləntiləri yüksək səviyyəli siyasi müzakirələrdə gündəmə gətiriləcək.

Xəbərdə həmçinin qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın müşavirlərindən biri prezidentin “nefti qorumaq istədiyini” bildirib.

ABŞ və İsrail İranın paytaxtı Tehran və onun ətrafındakı neft anbarlarını hədəf alıblar. İran ordusu isə ölkənin enerji infrastrukturuna hücumların davam edəcəyi təqdirdə bölgədəki neft obyektlərini hədəf alacağı ilə bağlı xəbərdarlıq edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ