Nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayında ötən illərlə müqayisədə artım qeydə alınıb.
Turkustan.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 8 Mart münasibətilə açıqladığı statistik göstəricilərində öz əksini tapıb.
Məlumata görə, sürücülük vəsiqəsi alanlar arasında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz idisə, 2025-ci ildə bu göstərici 18,8 faizə çatıb.
Xatıladaq ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2024-cü ildə isə 15,9 faizədək artıb. /modern.az/