Quru hücum cəbhəsi açılır: Biz bu günü 47 ildir gözləyirik


ABŞ və İsrail İrandakı hədəflərə hücumlarını davam etdirdikcə quru əməliyyatının mümkünlüyü müzakirə olunmağa başlayıb.

Turkustan.az xəbər verir ki, lakin bu ssenaridə ərazinin Amerika əsgərləri tərəfindən deyil, İrana qarşı döyüşən müxalif qruplar tərəfindən işğal ediləcəyi deyilir.

BBC-yə danışan İranın Şimali İraqdakı kürd müxalifət qrupları uzun müddətdir ki, İrana qarşı əməliyyata hazırlaşdıqlarını bildiriblər. Lakin onlar Peşmərgə qüvvələrinin İran sərhədini keçdiyinə dair iddiaları qəti şəkildə təkzib ediblər.

Kürdüstan Azadlıq Partiyasının (PAK) rəsmisi Hana Yazdanpana 1979-cu ildə İranda İslam Respublikası qurulduğundan bəri belə bir ehtimala hazırlıq gördüklərini söylədi. Buna baxmayaraq, Yazdanpana indiyə qədər heç bir döyüşçünün sərhədi keçmədiyini vurğuladı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ