Müharibədə bir ilk! Düşmənin ən ölümcül silahını oğurlayıb ön cəbhəyə göndərdilər


28 fevralda başlayan ABŞ–İsrail–İran müharibəsi yeddinci gününə qədəm qoyduqca, tərəflər arasında qarşılıqlı hücumlar tam gücü ilə davam edir.

Turkustan.az xəbər verir ki, ABŞ və İsrail İranın hava hücumundan müdafiə sistemlərinin böyük hissəsini zərərsizləşdirdiklərini iddia etsələr də, İran cavab hücumlarını davam etdirir və ABŞ bazalarına, İsrailə, eləcə də Körfəz bölgəsindəki bəzi hədəflərə zərbələr endirir.

Gərginləşən münaqişənin hər gününün ABŞ ordusuna təxminən 1 milyard dollara başa gəldiyi ehtimal olunur. Buna baxmayaraq, İranın quruda əsas üstünlüyünün ucuz pilotsuz uçuş aparatları (PUA) olduğu bildirilir. Xüsusilə kamikadze dronlardan istifadə etməklə İranın daha az xərclə hücumlar həyata keçirmək imkanına malik olduğu qeyd olunur.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper müharibənin gedişi ilə bağlı diqqətçəkən açıqlama verib. O bildirib ki, İranın ən təsirli silahlarından biri hesab edilən kamikadze dronun dizaynı ələ keçirilib.

ABŞ komandanının sözlərinə görə, ələ keçirilən dronlar ətraflı şəkildə araşdırılıb və onların daxili strukturu tam təhlil edilib. Kuper əlavə edib ki, bu dizaynlar artıq ABŞ tərəfindən də istehsal olunur.

O deyib: “Biz dronları söküb araşdırdıq, dizaynlarını tamamilə deşifrə etdik. Üzərlərinə Amerika etiketləri yapışdırıb yenidən cəbhəyə göndərdik.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ