“Aslanın nəriltisi” – İsrailin İrana hücumuna bu adı kim verib?


İsrail İrana qarşı əməliyyatını “Aslanın nəriltisi” adlandırıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.

Adla bağlı qərar İsrailin Baş naziri Binyamin Netanyahu tərəfindən verilib, baxmayaraq ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) zərbələr üçün fərqli daxili adı var idi. İMQ-nin İrana qarşı 2025-ci ilin iyun ayında keçirdiyi son əməliyyat "Qalxan Aslan" adlanırdı.

Kanal 12-nin məlumatına görə, bu gün İran ərazisinə endirilən zərbələr nazirlərin və hərbi komandirlərin evlərini, Müdafiə və Kəşfiyyat Nazirliyinin obyektlərini, eləcə də prezident binasını hədəfə alıb./publika.az


MANŞET XƏBƏRLƏRİ