Tehranın mərkəzindən tüstü qalxır! İlk görüntülər bunlardır


İsrailin müdafiə naziri Yisrael Katz İsrailin İrana qarşı “qabaqlayıcı müharibə” başlatdığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, İranın paytaxtı Tehranda partlayış səsləri eşidilib. Katz bildirib ki, yaxın vaxtlarda İsrailə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumlar gözlənilir.

Nazirin açıqlamasından sonra Tehranda ən azı üç partlayış səsi eşidildiyi bildirilir. Məlumata görə, Universitet küçəsi və Comhuri rayonuna bir neçə raket atılıb. İsrail mediası hücumlar zamanı prezident kompleksinin vurulduğunu iddia edib.

İsrail mediasının məlumatına əsasən, əməliyyatın ABŞ ilə birgə həyata keçirildiyi bildirilir. Həmçinin İranın Ali Lideri Xameneinin evinin yaxınlığındakı əraziyə zərbə endirildiyi iddia olunur.

Bu arada İsraildə fövqəladə vəziyyət elan edilib. Əhaliyə Daxili Cəbhə Komandanlığının təlimatlarına əməl etmək və qorunan ərazilərdə qalmaq tövsiyə olunub.

Tehranda çoxsaylı partlayışlar! İlk görüntülər budur.Tehranda üç partlayış! İlk görüntülər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ