ABŞ İrana qarşı ədalətsiz həbslərə görə sanksiyalar tətbiq etdi


ABŞ dövlət katibi Marko Rubio İranda əcnəbilərin ədalətsiz şəkildə saxlanılması səbəbindən Tehrana qarşı sanksiyaların tətbiq olunduğunu açıqladı.

Turkustan.az xəbər verir ki, Rubio Xarici İşlər Nazirliyinin veb saytında dərc olunan yazılı açıqlamada İran rejimini 47 il əvvəl hakimiyyəti ələ keçirərkən Ayətullah Xomeyninin əmri ilə ABŞ səfirliyinin işçilərini girov götürdüyünə görə tənqid edib.

Rubio açıqlamasında bildirib ki, "Onilliklərdir ki, İran günahsız amerikalıları və digər ölkələrin vətəndaşlarını digər dövlətlərə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etmək üçün amansızcasına həbs etməyə davam edir" və əlavə edib ki, bu təcrübəyə son qoyulmalıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ