Almaniya Kansleri Fridrix Merz NATO-nun 5 və ya 10 ildən sonra da indiki formada qalacağına əmin olmadığını bildirib.
Turkustan.az xəbər verir ki, Merz Hessen əyalətinin Volkmarsen şəhərində Xristian Demokrat Birliyi (CDU) partiyasının təşkil etdiyi tədbirdə çıxış edib.
O qeyd edib ki, digər ölkələrə səfərlərindən əvvəl və sonra Avropadakı əsas müttəfiqlərlə məsləhətləşmələr aparır və birlikdə qəbul edilən qərarlarda hər zaman Almaniyanın maraqlarını nəzərə alır.
Kansler vurğulayıb ki, Almaniyanın maraqlarını qorumaq eyni zamanda son 75 ildə NATO çərçivəsində birgə əldə olunan nailiyyətlərin qorunması üçün davamlı səylər göstərmək deməkdir. O əlavə edib: “5 və ya 10 ildən sonra da NATO-nun bu şəkildə qalacağına əmin deyiləm.”
Aytən Yaşar/ Turkustan.az