İsrail Müdafiə Qüvvələri yüksək hazırlıq vəziyyətindədir


İsrail İranla bağlı vəziyyəti yaxından izləyir.

Bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Effri Defrin bildirib.

“İranla bağlı vəziyyəti yaxından izləyirik və İsrail vətəndaşlarını qorumağa hazırıq”, – deyə qurum rəsmisi deyib.

Onn sözlərinə görə, İsrail ordusu tərəfdaşlarla tam koordinasiyalı şəkildə fəaliyyət göstərir və müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində addımlar atılır.

“IDF qüvvələri yüksək hazırlıq vəziyyətindədir", – sözçü vurğulayıb.

O əlavə edib ki, hazırda təhlükəsizlik təlimatlarında dəyişiklik yoxdur.

“Əgər hər hansı dəyişiklik olarsa, bu barədə dərhal məlumat veriləcək”, – deyə açıqlamada bildirilir.


MANŞET XƏBƏRLƏRİ