Əfqanıstan: Pakistanla qarşılıqlı hücumlarda 13 əfqan əsgəri həlak oldu


Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid Pakistanla qarşılıqlı hücumlarda 13 əfqan əsgərinin öldüyünü və 22-nin yaralandığını bildirib.

Turkustan.az xəbər verir ki, Tolo News-un məlumatına görə, Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid mətbuat konfransında iki ölkə arasında baş verən hücumlarla bağlı son vəziyyət barədə məlumat verib.
Mücahid "müharibəni Pakistan başlatdığını" bildirərək , Pakistanın "Əfqanıstan hava məkanını pozduğunu" və "Cəlalabad və Paktikada mülki hədəflər də daxil olmaqla yaşayış məntəqələrini bombaladığını" və bunun son eskalasiyalara səbəb olduğunu" iddia etdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ