İsraildə nə baş verir? ABŞ səfirlik işçilərini geri çağırmağa başladı


ABŞ-ın İsraildəki səfirliyi, İranla artan gərginlikdən sonra "yüksək təhlükəsizlik riskləri səbəbindən" vacib olmayan işçilərinə və onların ailələrinə ölkəni tərk etməyə icazə verib.

Turkustan.az xəbər verir ki, ABŞ mediası səfir Hakabinin işçilərinə "Əgər ölkəni tərk etmək istəyirsinizsə, bu gün tərk edin" deyə bir e-poçt göndərdiyini bildirib.

ABŞ-ın İsraildəki səfirliyi qərarın bölgədə baş verən son təhlükəsizlik hadisələrindən sonra verildiyini bildirib.

Bəyanatda deyilirdi: "27 fevral 2026-cı ildə Dövlət Departamenti təhlükəsizlik riskləri səbəbindən ABŞ hökumətinin vacib olmayan işçilərinin və onların ailə üzvlərinin İsraildəki Missiyadan çıxmasına icazə verib".

Bəyanatda qeyd olunur ki, hadisələrin gedişatından asılı olaraq və əvvəlcədən xəbərdarlıq etmədən səfirlik öz işçilərinin və onların ailələrinin İsrailin müəyyən ərazilərinə, Qüdsün Köhnə şəhərinə və işğal olunmuş Qərb Şəriyəsinə səyahətlərini məhdudlaşdıra və ya tamamilə qadağan edə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ