Tehrandakı Britaniya səfirliyi bağlandı


Tehrandakı Britaniya səfirliyi müvəqqəti olaraq bağlanıb və bütün işçilər "regional risklər və təhlükəsizlik vəziyyəti" səbəbi ilə müvəqqəti olaraq ölkədən təxliyə edilib.

Turkustan.az xəbər verir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi veb saytında səyahət tövsiyələrini yeniləyərək, bütün İrana səyahət etməmək barədə xəbərdarlıq edib.

Xəbərdarlıq səhifəsində deyilirdi: "Regional risklər və təhlükəsizlik vəziyyəti ilə bağlı məlumatlara görə, Tehrandakı Britaniya səfirliyinin işçiləri müvəqqəti olaraq İrandan təxliyə edilib. Səfirlik xidmətləri uzaqdan təmin edilir."

Xəbərdarlıqda regional risklərin artdığı qeyd edilmiş və gərginliyin daha da artacağı təqdirdə səyahət məhdudiyyətlərinin tətbiq oluna biləcəyi bildirilmiş, Britaniya vətəndaşlarına lazımi tədbirləri görmələri xatırladılmışdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ