Çinin İrandakı səfirliyi və konsulluqları ABŞ hərbi hücumu təhlükəsi ilə əlaqədar olaraq İrandakı vətəndaşlarına ölkəni tərk etmələri barədə xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, xəbərdarlıqda Çin vətəndaşlarına İrana səyahət etməkdən çəkinmələri tövsiyə olunur, ölkədə olanlara isə təhlükəsizlik tədbirlərini artırmaları və mümkün qədər tez bir zamanda ölkəni tərk etmələri tövsiyə olunur.
Xəbərdarlıqda Çinin İran və qonşu ölkələrdəki səfirlikləri və konsulluqlarının Çin vətəndaşlarına dəstək verəcəyi, kommersiya uçuşlarının və quru yolu ilə transferlərin asanlaşdırılacağı bildirilirdi.
Aytən Yaşar/ Turkustan.az