Vuçiçin Tokayevdən xahişi: Bizi də öyrədin


Serbiya prezidenti Aleksandr Vuçiç qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevdən Serbiya xüsusi təyinatlı qüvvələrinin təliminə kömək etməsini istəyib.

Turkustan.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Vuçiç Tokayevin dəvəti ilə Astanaya rəsmi səfərə gəlib. Serbiya lideri birgə mətbuat konfransında Qazaxıstanın xüsusi təyinatlı qüvvələrinin təlimini yüksək qiymətləndirib və təcrübə mübadiləsində maraqlı olduğunu bildirib.

“İstəyirəm ki, bizim xüsusi təyinatlı qüvvələri də öyrədəsiniz. Qazaxıstanın dünyanın ən yaxşısı olduğunu gördüm. Bu, o qədər avtomatlaşdırma səviyyəsidir ki, bizə öyrətməyinizi istərdim”, - deyə Serbiya lideri qeyd edib.


MANŞET XƏBƏRLƏRİ