İran nümayəndə heyəti ABŞ ilə danışıqlar üçün Cenevrəyə yollandı


İranın xarici işlər naziri Abbas Əraqçi sabah ABŞ ilə danışıqlarda iştirak etmək üçün nümayəndə heyəti ilə birlikdə İsveçrənin Cenevrə şəhərinə səfər edib.

Turkustan.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, xarici işlər naziri Əraqçi və onun nümayəndə heyəti bir müddət əvvəl İran-ABŞ nüvə danışıqlarının üçüncü raundunda iştirak etmək üçün Tehrandan Cenevrəyə yola düşüb.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Prezident Məsud Pezaşkian Mazandaran əyalətində keçirilən tədbirdə çıxış edərək sabah İsveçrənin Cenevrə şəhərində davam edəcək ABŞ ilə nüvə danışıqlarına münasibət bildirib.

Pezeşkian bildirib ki, "Bu proses sabah Cenevrədə Xarici İşlər Nazirinin (Abbas Əraqçi) iştirakı ilə davam edəcək. Bir hökumət olaraq, Ali Liderin (Xamneyi) rəhbərliyi və təlimatlarına uyğun olaraq, danışıqlar prosesini istiqamətləndirməyə və onu "nə müharibə, nə də sülh" kimi yorucu vəziyyəti aradan qaldıracaq şəkildə idarə etməyə çalışmışıq".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ