Netanyahu: Biz yeni regional ox yaratmağa çalışırıq


İsrailin Baş naziri Binyamin Netanyahu İran və Müsəlman Qardaşlığına qarşı yeni regional ox yaratmaq üçün bir çox ölkə ilə əməkdaşlıq etdiyini iddia etdi.

Turkustan.az xəbər verir ki, Netanyahu İsrailin daxili kəşfiyyat xidməti Şin Bet (Şəbak) rəhbərləri ilə görüşdə çıxış edib.

"Bir tərəfdən, yaralı şiə oxu bizə meydan oxuyur, amma təbii ki, Müsəlman Qardaşlığının sünni oxu da var", - deyə Netanyahu bildirib və bu ikisinə qarşı çıxan ölkələrin oxunun yaradılmasının İsrail üçün böyük əhəmiyyət kəsb etdiyini iddia edib.

Hindistanın Baş naziri Narendra Modinin 25-26 fevral tarixlərində İsrailə səfərinə toxunan Netanyahu, bu ölkələrin bəzi liderlərinin İsrailə səfər etdiyini və özlərinin də bu əks oxdakı çoxsaylı millətlərdən ibarət ola biləcək bəzi potensial ölkələrə səfər etdiklərini söylədi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ