Avropa İttifaqı (AB) Albaniya, Bosniya və Herseqovina, Kosovo, Monteneqro, Şimali Makedoniya və Serbiyanı öz rouminq zonasına daxil etməyi planlaşdırır.
Turkustan.az xəbər verir ki, bu zona bütün blokda fəaliyyət göstərir və mobil telefon operatorlarına abunəçilərini digər üzv dövlətlərdə rouminq haqlarından azad etməyə imkan verir.
Avropa Komissiyası Qərbi Balkan ölkələrinin Aİ rouminq zonasına daxil edilməsi üçün danışıqlar mandatı tələbinin Aİ Şurasına təqdim edildiyini açıqladı.
Bəyanatda qeyd olunur ki, əgər Aİ Şurası təklifi qəbul edərsə, komissiya bu məsələ ilə bağlı Albaniya, Bosniya və Herseqovina, Kosovo, Monteneqro, Şimali Makedoniya və Serbiya ilə ikitərəfli sazişlər üzrə danışıqlar aparacaq.
Aytən Yaşar/ Turkustan.az