Hindistanın Baş naziri Narendra Modi iki günlük rəsmi səfərlə İsrailə gəlib.
Turkustan.az xəbər verir ki, onu hava limanında İsrailin Baş naziri Binyamin Netanyahu qarşılayıb.
Turkustan.az xəbər verir ki, Narendra Modi 2017-ci ildəki ilk səfərindən sonra İsrailə ikinci rəsmi səfərini edir. Təl-Əvivdə yerləşən Ben Qurion Beynəlxalq Hava Limanına eniş edən Modi, Baş nazir Binyamin Netanyahu və həyat yoldaşı Sara Netanyahu tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Səfərlə bağlı sosial media hesabında paylaşım edən Modi bildirib: “İsrailə endim. Baş nazir Netanyahu və xanım Netanyahu tərəfindən hava limanında qarşılanmaqdan böyük şərəf duydum. Hindistan–İsrail dostluğunu daha da gücləndirəcək və səmərəli nəticələr verəcək ikitərəfli danışıqları səbirsizliklə gözləyirəm.”
Aytən Yaşar/ Turkustan.az