Papoyandan Azərbaycan benzini haqda diqqətçəkən sözlər


“Azərbaycan benzini gələn kimi sürətlə tükənir. Hazırda litrinin qiyməti təxminən 430 dram civarındadır və nə qədər çox gətirsələr, o qədər tez satılır, çünki xalq sürətlə alır”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

“Azərbaycan benzini bitən kimi, digərləri yenidən bahalaşır. Buna görə də Azərbaycan benzini kifayət qədər gətirilməlidir. Nə qədər çox gətirsək, benzin qiymətləri bir o qədər düşəcək.

Eyni zamanda, Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını bizə verib. Öz növbəmizdə biz də siyahımızı onlara təqdim etmişik, ticarət olacaq. Əminəm ki, yüz milyonlarla dollarlıq ikitərəfli ticarət potensialı var”, – nazir bildirib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ