NATO-nun baş katibi Mark Rutte Ukrayna xalqının ədalətli və davamlı sülhə layiq olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, o deyib: "Onların təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Ukraynada əsl sülh olmadan Avropada əsl sülh ola bilməz".
Rutte və Ukraynanın NATO missiyasının rəhbəri Alyona Getmançuk Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümünü qeyd etmək üçün Brüsseldəki NATO qərargahında çıxış ediblər. Baş katib vurğulayıb ki, NATO əvvəldən Ukraynanın tərəfində olub: "Bu gün sizin tərəfinizdəyik və qarşıdakı çətinliklərdə də sizin tərəfinizdə olacağıq".
Rutte üç həftə əvvəl Ukraynaya səfər etdiyini və Rusiyanın hücumlarından zərər çəkmiş əraziləri şəxsən görmək imkanı qazandığını əlavə edib.
Aytən Yaşar/ Turkustan.az