HƏMAS Qəzza üçün yaradılmış Sülh Komitəsinin ilk iclası ilə bağlı bəyanat yayıb.
Turkustan.az xəbər verir ki, HƏMAS fələstinlilərin qanuni milli hüquqlarının təmin edilməsinin vacibliyini vurğulayıb.
HƏMAS bəyan edib ki, Qəzzanın gələcəyini formalaşdıracaq bütün siyasi yollar və tənzimləmələr İsrail hücumlarının tamamilə dayandırılmasından, blokadanın qaldırılmasından və fələstinlilərin qanuni milli hüquqlarının təmin edilməsindən asılıdır.
HƏMAS Qəzza Sülh Komitəsinin Vaşinqtonda keçirilən ilk iclası ilə bağlı bəyanat yayıb.
Bəyanatda Qəzza zolağının və Fələstin xalqının gələcəyi ilə bağlı hər hansı bir siyasi yol və ya razılaşmanın hərbi əməliyyatların tamamilə dayandırılmasına, blokadanın qaldırılmasına və fələstinlilərin qanuni milli hüquqlarının, ilk növbədə öz müqəddəratını təyin etmək hüququnun təmin edilməsinə əsaslanmalı olduğu vurğulanıb.
Aytən Yaşar/ Turkustan.az