Şahzadə Endryu azadlığa buraxıldı


İngiltərədə ABŞ milyarderi Ceffri Epşteyn ilə əlaqələri üzə çıxan keçmiş şahzadə Endryu Mauntbatten-Vindzor saxlanıldıqdan sonra sərbəst buraxılıb.

Turkustan.az xəbər verir ki, İngiltərə kralı III Çarlzın qardaşı, cinsi alver şəbəkəsini idarə etməkdə ittiham olunan amerikalı milyarder Ceffri Epşteynlə əlaqələrinə görə kral titullarından məhrum edilmiş Şahzadə Endryu Mauntbatten-Vindzor, dövlət vəzifəsindəki qanun pozuntuları ilə bağlı araşdırma çərçivəsində saxlanılıb.

Temza Vadisi Polisi 66 yaşlı keçmiş Şahzadə Endryu-nun azadlığa buraxıldığını açıqlayıb və istintaqın davam etdiyini əlavə edib. Polis bildirib ki, Endryu-nun Norfolkdakı ünvanında axtarış başa çatıb, lakin onun Berkşirdəki ünvanında axtarış hələ də davam edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ